80 minlik tətbiq xəyal oldu – tender dayandırıldı

Azərbaycanda palliativ qayğı sahəsində informasiya texnologiyalarının təkmilləşdirilməsini nəzərdə tutan layihə çərçivəsində keçiriləcək tender ləğv olunub.
“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilən və “Azərbaycanda palliativ qayğı üzrə informasiya resurslarının inkişafı, təkmilləşdirilməsi, modernləşdirilməsi və www.saglamliq.isim.az portalının mobil tətbiqlə inteqrasiyası”nı əhatə edən tender müsabiqəsi nəzarət orqanının qərarı ilə dayandırılıb.
Tenderin ehtimal olunan dəyəri 80 000 manat təşkil edirdi.
Layihə çərçivəsində www.saglamliq.isim.az portalının funksional imkanlarının genişləndirilməsi, palliativ qayğı sahəsində mövcud informasiya resurslarının strukturlaşdırılması və bu sistemlərin istifadəyə yararlı mobil tətbiq vasitəsilə inteqrasiyası nəzərdə tutulurdu.
MONETAR.AZ