Avropanın ən böyük ferması iflas etdi

Avropanın ən böyük ferması
7 İyul 2025 11:19

Almaniyanın ən böyük ferması Hansegarnelen GmbH maliyyə problemləri səbəbindən iflas müraciəti edib. Şirkət 1,5 milyon avro borcunun olduğunu açıqlayıb və bu səbəbdən işlərini davam etdirə bilmir.

Şirkət rəhbərliyinin verdiyi məlumata görə əsas maliyyə çətinliyi 4 böyük investorlardan birinin gözlənilmədən maliyyə dəstəyini kəsməsindən qaynaqlanır. Bu da şirkətin borclarını ödəməyini çətinləşdirib.

Bremen şəhərindəki məhkəmə, iflasın düzgün idarə olunması üçün Berend Böhme adlı bir mütəxəssis təyin edib. Şirkət rəhbərliyi bu addımın onların fəaliyyətlərini davam etdirə bilməsi üçün vacib olduğunu bildirib.

Şirkət bu vəziyyətdən çıxmaq və fəaliyyətinə davam etmək üçün yeni yatırımcılar tapmağa çalışır. Hazırda şirkət gələcəkdə fəaliyyətini davam etdirə bilmək üçün maliyyə dəstəyi və yeni investor axtarır.

Hansegarnelen böhranı digər dəniz məhsulları yetişdirən şirkətlər üçün ciddi xəbərdarlıqdır. 

MONETAR.AZ


Oxşar xəbərlər