Neft bazarında vəziyyət

Neft bazarında vəziyyət
7 İyul 2025 09:40

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin qiyməti 0,30 dollar və ya 0,44% azalaraq 1 barelə görə 68 ABŞ dolları olub.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin avqust ayında ixrac olunacaq WTI markalı neftin qiyməti 0,74 dollar və ya 1,10% azalaraq 66,26 ABŞ dollarına düşüb.

Analitiklər neft qiymətlərinin azalmasının əsas səbəbi kimi dünya bazarında istehsalın artması və təklifin çoxluğunu göstərirlər. İstehsalın artması ilə yanaşı, bazara çoxlu miqdarda neftin çıxması qiymətlərin aşağı düşməsinə səbəb olur.

Bununla yanaşı, OPEC+ və İranla əlaqəli geosiyasi gərginliklər bazar iştirakçılarının diqqətini çəkir. Hələlik bu gərginliklərin qiymətlər üzərində müəyyən təsiri olsa da, gələcəkdə geosiyasətin yenidən kəskinləşməsi və ya istehsalın azaldılması ehtimalı neft qiymətlərinin artmasına səbəb ola bilər.

MONETAR.AZ


Oxşar xəbərlər