Azərbaycanın ən böyük qida istehsalçısının mənfəəti 25 faiz azalıb

"Azərsun Holdinq" MMC 2024-cü ili 43 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Lakin bu, 2023-cü illə müqayisədə 14 milyon 489 min manat və ya 24,8 % azalma deməkdir. Şirkətin xalis mənfəətinin azalması əsasən gəlirlərin enməsi ilə əlaqəlidir.
"Azərsun Holdinq" MMC-nin konsolidasiya olunmuş maliyyə hesabatlarına görə 2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri (satışları) 1 milyard 661 milyon 385 min manata düşüb, bu isə 2023-cü illə müqayisədə 149 milyon 483 min manat (8,3%) azalma deməkdir. 2023-cü ildə bu rəqəm 1 milyard 810 milyon 868 min manat olub.
Şirkətin satışın maya dəyəri isə 2024-cü ildə 1 milyard 213 milyon 954 min manat təşkil edib. Ümumi mənfəət isə 447 milyon 431 min manat olub.
2024-cü ildə "Azərsun Holdinq" 52 milyon 619 min manat digər gəlir əldə edib. Halbuki, 2023-cü ildə bu rəqəm 67 milyon 932 min manat olub. Bu da şirkətin əlavə gəlirlərində təxminən 15 milyon manata yaxın bir azalma olduğunu göstərir.
MONETAR.AZ