2026-cı il üzrə AVİS-in altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətlərin göstərilməsi üzrə elan edilmiş müsabiqə yekunlaşıb. Dövlət Vergi Xidməti tərəfindən aparılmış qiymətləndirmə nəticəsində qalib müəyyənləşib.
Müsabiqədə iştirak edən təşkilatların təqdim etdiyi təkliflərin qiyməti 10 369 503,52 manat olub. Qiymətləndirmə nəticəsində ən uyğun təklif verən “CYBERNET” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və 9 647 415,72 manat məbləğində təklif təqdim edərək digər iştirakçıları geridə qoyub.
Beləliklə, “CYBERNET” MMC Dövlət Vergi Xidməti üçün AVİS-in texniki dəstəyi və xidmətlərinin təmin olunması üzrə müqaviləni icra edəcək.
Qeyd edək ki, şirkət bundan əvvəl də xidmətin milyonluq tenderinin qalibi olub.
MONETAR.AZ