Lamin Yamal 292,2 milyon avroluq təxmini bazar dəyəri ilə 2026-cı ilin sentyabrında dünyanın ən dəyərli futbolçusu olaraq ilk pillədə qərarlaşıb. Kilian Mbappe 229,9 milyon avro, Erlinq Holand isə 207,6 milyon avro ilə növbəti yerləri tutub.
Monetar.az xəbər verir ki, Football Benchmark-ın Player Valuation Platform üzrə sentyabr 2026 yeniləməsinə əsasən, Yamalın bazar dəyəri ikinci pillədəki Mbappedən 62,3 milyon avro çoxdur.
İlk üçlükdən sonra Fransanın Maykl Olise 178,9 milyon avro ilə dördüncü, İngiltərənin Cud Bellinqemi 170 milyon avro ilə beşinci yerdə qərarlaşıb.
Braziliyalı Viniçius Junior 145,8 milyon avro ilə altıncı, ispaniyalı Pedri 138,7 milyon avro ilə yeddinci, ingiltərəli Bukayo Saka 134,8 milyon avro ilə səkkizinci olub.
İlk 10-luğu Almaniyanın Florian Virtzi 125 milyon avro, Fransanın Dezirе Due isə 124,7 milyon avro ilə tamamlayıb.
Beləliklə, siyahıda yalnız Lamin Yamal, Kilian Mbappe və Erlinq Holandın bazar dəyəri 200 milyon avronu ötüb. İlk 10-luqda yeddi klubdan futbolçular yer alıb. "Real Madrid" üç futbolçu ilə ən çox təmsil olunan klubdur, "Barselona" isə iki futbolçu ilə ikinci yerdədir.