Azərbaycan elektrik enerjisi qiymətinə görə 126-cı yerdədir

Azərbaycan elektrik enerjisi qiymətinə görə

Dünya ölkələrində elektrik enerjisinin qiymətlərini əks etdirən yeni beynəlxalq reytinq açıqlanıb.  GlobalPetrolPrices məlumatları əsasında hazırladığı siyahıda ölkələr 1 kilovat-saat (kWh) elektrik enerjisinin orta satış qiymətinə görə sıralanıb.

Reytinqə əsasən, Azərbaycan siyahıda 126-cı yerdə qərarlaşıb. Ölkədə elektrik enerjisinin orta qiyməti 1 kWh üçün 0,048 ABŞ dolları (4,8 sent) təşkil edir.

Bu göstərici Azərbaycanın elektrik enerjisinin nisbətən aşağı qiymətlə təklif olunduğu ölkələr sırasında yer aldığını göstərir.

Siyahıda Azərbaycanın yaxınlığında Nepal 127-ci, Bəhreyn isə 128-ci yerdə qərarlaşıb.

Reytinqə görə, ən yüksək elektrik enerjisi tarifləri əsasən Avropa və ada dövlətlərində qeydə alınıb. Enerji resursları ilə zəngin olan və ya elektrik enerjisini subsidiyalaşdıran ölkələrdə isə tariflər daha aşağı səviyyədədir.

MONETAR.AZ