Azərbaycanda ipoteka borcalanlarının kredit yükü və risk dərəcəsini əks etdirən mühüm maliyyə göstəriciləri məlum olub. Rəsmiləşdirilmiş ipoteka kreditlərinin LTV (kreditin təminata nisbəti) əmsalı üzrə pay bölgüsündə mühüm struktur dəyişiklikləri müşahidə edilir. Statistikaya görə, ölkədə ipoteka götürənlərin mütləq əksəriyyətinin kredit həcmi əmlakın bazar dəyərinin 60 faizindən çoxunu təşkil edir.
Qrafik göstəricilərinə əsasən, LTV əmsalları üzrə borcalanların faiz nisbəti aşağıdakı cədvəldə qruplaşdırılıb:
LTV Əmsalı diapazonu (%) Borcalanların payı (%) Risk dərəcəsi
0 - 50 8,9 % Aşağı risk
51 - 60 10,3 % Orta-aşağı risk
61 - 70 29,9 % Orta risk
71 - 80 29,3 % Yüksək risk
81 - 90 21,5% Kritik yüksək risk
Maliyyə sabitliyi baxımından əmsalın yüksək olması həm banklar, həm də makroiqtisadiyyat üçün birbaşa siqnal rolunu oynayır. Borcalanların 50,8%-i əmlakın dəyərinin 70 %-dən çoxunu (71-80 % və 81-90 % diapazonlarında) kredit şəklində götürüb. Əgər bura 61-70% diapazonunu da əlavə etsək, məlum olur ki, ölkədəki ipoteka müştərilərinin 80,7 %-i minimum ilkin ödəniş və yüksək borc yükü ilə ev sahibi olublar.
Kreditin təminata nisbəti əmsalının 81-90 % aralığında olan payının 21,5% təşkil etməsi o deməkdir ki, daşınmaz əmlak bazarında qiymətlər 10-15% civarında ucuzlaşacağı təqdirdə, həmin əmlakların dəyəri kredit borcundan daha aşağı düşə bilər. Bu isə ipoteka predmeti üzrə defolt (borcun ödənilməməsi) riskini kəskin artırır.
Aşağı LTV qrupuna (0-50%) daxil olan borcalanların payının cəmi 8,9 % olması vətəndaşların ipoteka alarkən böyük həcmdə şəxsi vəsait (yüksək ilkin ödəniş) qoya bilmədiyini, əsasən dövlət tərəfindən müəyyən edilmiş minimum ilkin ödəniş hədlərinə (məsələn, 10-20%) üstünlük verdiyini göstərir.
MONETAR.AZ