Sloveniyanın energetika naziri Bojan Kumer bildirib ki, ölkə Rusiya qazından imtina edərək onu Əlcəzairdən və qismən də Azərbaycandan idxal olunan qazla əvəz edib.
Onun sözlərinə görə, Sloveniya hazırda tam şəkildə Avropa İttifaqı daxilindəki daxili qaz bazarından asılıdır və Rusiya tədarüklərindən mərhələli şəkildə uzaqlaşıb.
Məlumata əsasən, ölkənin ən böyük qaz şirkəti Geoplin 2022-ci ilin sonunda Gazprom ilə müqaviləni ləğv edib və 2023-cü ildən etibarən Rusiya qazının idxalını tam dayandırıb.