Azərbaycanda I Beynəlxalq GreenEco Forumu keçiriləcək

Azərbaycanda I Beynəlxalq GreenEco Forumu

Gəncə şəhərində 23 apreldə I Beynəlxalq GreenEco Forumu baş tutacaq.

Tədbir barədə məlumatı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) yayıb. Forum qlobal miqyasda aparıcı mütəxəssisləri bir araya gətirərək aktual ekoloji problemlərin müzakirəsini hədəfləyir.

Forumun əsas mövzuları kənd təsərrüfatı və aqrar sənaye kompleksində süni intellekt texnologiyalarının tətbiqi, eləcə də dayanıqlı kənd təsərrüfatı modellərinin inkişafıdır.

Panel sessiyalarında “yaşıl iqtisadiyyat”ın süni intellekt şəraitində inkişafı və aqrar sahədə bu modelin perspektivləri müzakirə olunacaq.

Bu beynəlxalq platforma Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı TəşkilatıAsiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Eyni zamanda müxtəlif ölkələrdən 15-dən çox nüfuzlu ali təhsil müəssisəsi tədbirdə iştirak edir.

Təşkilatçıların fikrincə, forum qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanın aqrar sektoruna inteqrasiyasında mühüm rol oynayacaq.