Rusiya Fransadan şərab idxalını iki dəfə artırıb

Rusiya Fransadan şərab idxalını

Rusiya fevral ayında Fransadan şərab idxalını aylıq ifadədə iki dəfə artırıb. Bu barədə RİA Novosti agentliyi Eurostat məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Rusiya şirkətləri Fransadan 4 milyon avro dəyərində şərab idxal ediblər. Yanvar ayında isə bu göstərici 2,2 milyon avro səviyyəsində idi.

Eyni zamanda, Rusiya İtaliyadan şərab idxalını da artırıb. Bu istiqamətdə idxal aylıq müqayisədə 29% artaraq 16,4 milyon avroya çatıb.

Ümumilikdə, Avropa İttifaqı ölkələrindən idxal olunan şərabın həcmi 43,2 milyon avro təşkil edib. Yanvarda bu rəqəm 34,5 milyon avro idi.

Bu arada, Roskaçestvo rəhbəri Maksim Protasov bildirib ki, Rusiyada şərabların təxminən 4%-i saxtadır.

MONETAR.AZ