Hər il sentyabrın 16-sı dünyada Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü kimi qeyd olunur. Günün əsas məqsədi ozon qatının Yer kürəsində həyatın qorunmasındakı əhəmiyyətinə diqqət çəkmək və onun mühafizəsi ilə bağlı məlumatlılığı artırmaqdır.
Monetar.az xəbər verir ki, bu gün 1987-ci il sentyabrın 16-da Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolunun imzalanması ilə əlaqədar təsis edilib.
BMT Baş Assambleyası 1994-cü ildə sentyabrın 16-nı Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü elan edib.
Ozon qatı Günəşdən gələn zərərli ultrabənövşəyi şüaların böyük hissəsinin Yer səthinə çatmasının qarşısını alır. Buna görə də onun qorunması həm insan sağlamlığı, həm də ətraf mühit üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün ozon qatının qorunması istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyətini xatırladır və ətraf mühitin mühafizəsinə diqqətin artırılmasına xidmət edir.