Bitcoin ABŞ Senatının kriptovalyuta bazarının tənzimlənməsinə dair mühüm qanun layihəsini rədd etməsindən sonra ucuzlaşmaqda davam edib. İnvestorların Federal Ehtiyat Sisteminin (FED) iclası ərəfəsində ehtiyatlı mövqe tutması da kriptovalyuta bazarına əlavə təzyiq göstərib.
Kriptovalyutaların qiymətləri Senatın dünən gecə verdiyi qərardan sonra təzyiq altında qalıb. Yaxın Şərqdə geosiyasi gərginliyin artması ilə bağlı narahatlıqlar və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi də riskli aktivlərə marağın azalmasına təsir göstərib.
Bitkoin Moskva vaxtı ilə saat 10:33-də 1,8 faiz ucuzlaşaraq 75 893,1 dollara düşüb.
MONETAR.AZ