Dünya əmtəə bazarında enerji məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur. Xam neftin qiyməti 4,58 faiz, benzin 4,62 faiz, mazut isə 6,20 faiz bahalaşıb.
Monetar.az xəbər verir ki, enerji əmtəələri arasında ən yüksək artım mazutun qiymətində qeydə alınıb.
Brent markalı neftin qiyməti 3,11 faiz yüksəlib. Eyni zamanda Böyük Britaniyada təbii qazın qiyməti 3,77 faiz, Avropada təbii qazın qiyməti isə 2,78 faiz ucuzlaşıb.
Kənd təsərrüfatı məhsulları arasında isə ən böyük ucuzlaşma kakaoda qeydə alınıb. Kakao 2,71 faiz, qəhvə 2,46 faiz, taxta materialları isə 1,40 faiz ucuzlaşıb.
Buğdanın qiyməti 0,81 faiz, soyanın qiyməti 1,14 faiz, kanolanın qiyməti isə 0,89 faiz artıb.
Metallar bazarında litium karbonatın qiyməti 2,02 faiz, silikonun qiyməti isə 0,94 faiz azalıb. Gümüş 0,82 faiz, mis 0,80 faiz, polad armatur 0,58 faiz, qızıl isə 0,10 faiz bahalaşıb.