Bitcoin 77 min dollar ətrafında sabitləşib: investorlar FED qərarını gözləyir

Bitcoin 77 min dollar ətrafında sabitləşib:

Bitcoin ABŞ-də kriptovalyutaların tənzimlənməsi ilə bağlı mühüm qanun layihəsinin səsverməyə çıxarılması ərəfəsində bu gün əsasən dəyişməz qalıb. Federal Ehtiyat Sisteminin (FED) iclası öncəsi investorların ehtiyatlı mövqe tutması da kriptovalyutaya təzyiq göstərən amillərdən biri olub.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:30 radələrində 0,2% ucuzlaşaraq 77 406 dollara düşüb. Bitkoin əvvəlki sessiyada ABŞ Prezidenti Donald Trampın “Clarity Act” qanun layihəsinə əlavə edilən yeni etik müddəanı dəstəkləməsi barədə xəbərlərdən sonra müəyyən qədər bahalaşmışdı.

Bununla yanaşı, çərşənbə günü kriptovalyutaların əksəriyyəti investorların riskli aktivlərdən uzaqlaşması fonunda geriləyib. ABŞ-nin etalon xəzinə istiqrazlarının gəlirliliyi təxminən son iki onilliyin ən yüksək səviyyəsinə çatıb. Neft qiymətləri isə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda artımını davam etdirib.

FED-in faiz qərarının gözlənilməsi də kriptobazarda yüksəliş imkanlarını məhdudlaşdırır. Bazar iştirakçılarının geniş yayılmış gözləntilərinə görə, tənzimləyici qurum çərşənbə günü faiz dərəcəsini 25 baza bəndi artıracaq.

Beləliklə, investorların diqqəti həm ABŞ-də kriptovalyuta bazarının gələcək tənzimlənməsini müəyyən edə biləcək “Clarity Act” üzrə səsverməyə, həm də FED-in faiz qərarına yönəlib.

MONETAR.AZ