ABŞ-İran razılaşmasının imzalanacağı tarix və məkan açıqlanıb

ABŞ-İran razılaşmasının imzalanacağı

ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrənin Bürgenştok qəsəbəsində keçiriləcək.

Xarici KİV-lərin məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyi razılaşmanın məhz bu məkanda imzalanacağını təsdiqləyib. Bildirilib ki, tərəflərin İsveçrəyə səfərlərinin təşkili və danışıqlar prosesinin davam etdirilməsi məqsədilə son günlər ABŞ, İran, Pakistan və Qətərlə sıx təmaslar aparılıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Bürgenştok qəsəbəsi Pakistan və Qətərin vasitəçiləri, eləcə də ABŞ və İran nümayəndələri tərəfindən təklif edilib. İsveçrə isə görüşün keçirilməsi üçün zəruri diplomatik və logistika şəraitini təmin edib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi daha əvvəl ABŞ ilə razılığın əldə olunduğunu təsdiqləyərək, mutabakat memorandumunun iyunun 19-da İsveçrədə imzalanacağını açıqlamışdı.

Məlumata görə, imzalanma mərasimində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iştirakı gözlənilir.

MONETAR.AZ