Azərbaycan və İran sərhədində yeni buraxılış məntəqəsi istifadəyə veriləcək.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bagirov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanda bir sıra gömrük-keçid məntəqələrində infrastrukturun modernləşdirilməsi davam etdirilir.
Sədr qeyd edib ki, yaxın vaxtlarda İranla sərhəddə “Ağbənd” buraxılış məntəqəsi tikilərək istifadəyə veriləcək. Hazırda tikinti işləri intensiv şəkildə aparılır və yaxın zamanda başa çatdırılması planlaşdırılır.
Həmçinin bu keçid məntəqəsində piyadalar üçün də rahat keçid imkanlarının yaradılacağı vurğulanıb.