Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) avtomatlaşdırılmış çap xətlərinə texniki xidmətin göstərilməsi və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Tender iki avtomatlaşdırılmış çap xəttinə texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini əhatə edir.
İddiaçıların qiymət təklifləri, həmçinin müsabiqə ilə əlaqədar bütün yazışmalar və sənədlərin təqdim olunması dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilir.