“AzərEnerji” ASC-nin ixrac gəlirləri 53,3 faiz artıb

“AzərEnerji” ASC-nin ixrac gəlirləri

2026-cı ilin yanvar-sentyabr aylarında “AzərEnerji” ASC 9,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 milyon dollar və ya 53,3 faiz çoxdur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 6 milyon dollar təşkil edib.