Türkiyədə mövsümi təsirlərdən arındırılmış işsizlik səviyyəsi 2026-cı ilin sentyabr ayında 8,4 faiz təşkil edib. Türkiyə Statistika Qurumunun (TÜİK) çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, bu göstərici avqust ayı ilə müqayisədə 0,5 faiz bəndi artıb.
Sentyabr ayında Türkiyədə işçi qüvvəsində iştirak səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi yüksələrək 52,7 faizə çatıb.
Eyni zamanda, mövsümi təsirlərdən arındırılmış işçi qüvvəsindən natamam istifadə göstəricisi də artıb. Genişləndirilmiş işsizlik göstəricisi kimi tanınan bu göstərici sentyabrda 0,2 faiz bəndi yüksələrək 31,2 faiz təşkil edib.
Beləliklə, sentyabr ayında Türkiyədə həm rəsmi işsizlik səviyyəsində, həm də işçi qüvvəsindən natamam istifadə göstəricisində artım qeydə alınıb.
MONETAR.AZ