Mərkəzi Bank bu il neftin qiymətinin 92,8 dollar olacağını gözləyir

Mərkəzi Bank bu il neftin qiymətinin

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə dünya bazarında 1 barel neftin orta qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır.

Monetar.az bunu AMB-nin sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, 2027-ci ildə isə 1 barel neftin orta qiymətinin 82,8 dollar olacağı gözlənilir.

Beləliklə, Mərkəzi Bankın proqnozuna əsasən, gələn il neftin orta qiyməti bu illə müqayisədə 10 ABŞ dolları və ya təxminən 10,8% aşağı olacaq.

Neft qiymətləri Azərbaycanın ixrac gəlirlərinə, tədiyə balansına və dövlət gəlirlərinə təsir edən əsas amillərdən biridir.