Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı”

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq. Müvafiq qərar İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən qəbul edilib.

AZƏRTAC-ın müxbiri Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.

Təşəbbüs çərçivəsində türk xalqlarının mənəvi birliyinin və tarixi irsinin qorunmasına yönələn genişmiqyaslı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

O cümlədən ədəbiyyat və dil məsələlərinə həsr olunan Xoca Əhməd Yəsəvi adına beynəlxalq forum, həmçinin türk və İslam dünyasının muzey işi üzrə mütəxəssislərinin görüşü təşkil ediləcək.