BMU 4 kafedraya müdir axtarır – Professor və dosent yerləri də var

BMU 4 kafedraya müdir axtarır –

Bakı Mühəndislik Universiteti bir sıra kafedralar üzrə müdir və professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edib. Vakansiyalar kompüter elmləri, süni intellekt, riyaziyyat, xarici dillər, fizika, mühəndislik və digər istiqamətləri əhatə edir.

Monetar.az xəbər verir ki, müsabiqə çərçivəsində universitetin dörd kafedrası üzrə müdir vəzifəsinə namizədlər seçiləcək. Bunlar Kompüter elmləri və süni intellekt, Riyaziyyat, Logistika və nəqliyyat, həmçinin Xarici dillər kafedralarıdır.

Professor-müəllim vəzifələri üzrə isə professor, dosent, baş müəllim və müəllim yerləri elan olunub.

Professor vəzifəsi üzrə Kompüter elmləri və süni intellekt, eləcə də Mexanika mühəndisliyi kafedralarının hər birində 1 vakant yer nəzərdə tutulub. Dosent vəzifələri Xarici dillər, Ekologiya və yaşıl innovasiyalar, Dizayn, Avtomatika, telekommunikasiya və energetika, Maliyyə və mühasibat, Mexanika mühəndisliyi, İnşaat mühəndisliyi, Fizika, Ümumi fənlər, Riyaziyyat, Kompüter elmləri və süni intellekt, eləcə də Logistika və nəqliyyat kafedralarını əhatə edir.

Bundan başqa, Sənaye mühəndisliyi, Xarici dillər, Logistika və nəqliyyat, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Kompüter elmləri və süni intellekt kafedralarında baş müəllim vəzifələri, bir neçə kafedrada isə müəllim vakansiyaları mövcuddur.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Kadrlar uçotunun şəxsi vərəqəsi;

  • Tərcümeyi-hal;

  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

  • Elmi və elmi-metodiki işlərin siyahısı;

  • Kafedra müdiri vəzifəsinə namizədlər üçün müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforma.

Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə müsabiqənin elan olunduğu gündən etibarən bir ay müddətində qəbul edilir.

Sənədlər Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev küçəsi 120 ünvanına təqdim olunmalıdır.