Dünya əmtəə bazarında bir sıra məhsulların qiymətində azalma qeydə alınıb. Qiymətli metallar və enerji məhsulları ucuzlaşdığı halda, şəkər və buğda bahalaşıb.
Monetar.az xəbər verir ki, litium karbonatın qiyməti 3,95%, platinin qiyməti 3,63%, gümüşün qiyməti 3,46%, qızılın qiyməti isə 1,45% azalıb.
Enerji bazarında da ucuzlaşma müşahidə olunub. Təbii qazın qiyməti 2,76%, Böyük Britaniyada təbii qazın qiyməti 2,47%, qızdırıcı yanacağın qiyməti 1,93% geriləyib. Xam neft 0,89%, “Brent” markalı neft isə 0,44% ucuzlaşıb.
Kənd təsərrüfatı məhsulları arasında yun 3,47% ucuzlaşaraq ən çox dəyər itirən məhsul olub. Bunun əksinə, şəkərin qiyməti 0,93%, buğdanın qiyməti isə 0,73% artıb.
Metallar arasında dəmir filizinin Çin yuanı ilə ifadə olunan qiyməti 1,49% bahalaşıb.