Yeni ombudsmanın seçilməsi bu gün müzakirə olunacaq

Yeni ombudsmanın seçilməsi

Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Monetar.az xəbər verir ki, oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə ombudsmanın seçilməsi ilə bağlı bir məsələ daxil edilib.

Qeyd edək ki, ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Seçki prosesi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə tənzimlənir.

Hazırda bu vəzifəni Səbinə Əliyeva tutur. O, 2019-cu ilin noyabrında ombudsman seçilib.