“Bakı Yüngül Konstruksiya” ASC nizamnamə kapitalını 400 min manat azaldır

“Bakı Yüngül Konstruksiya” ASC nizamnamə kapitalını

“Bakı Yüngül Konstruksiya” ASC nizamnamə kapitalının 534 194 manatdan 134 662 manata endirilməsi barədə qərar qəbul edib.

Monetar.az xəbər verir ki, bu barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarında bildirilib.

Qərara əsasən, nizamnamə kapitalı 399 532 manat azaldılacaq.

Cəmiyyətin kreditorları elanın dərc olunduğu gündən etibarən 30 təqvim günü ərzində öz tələblərini təqdim edə bilərlər.