Bir POS-terminala ayda orta hesabla 795 əməliyyat düşür

Bir POS-terminala ayda orta hesabla

Azərbaycanda POS-terminallar vasitəsilə aparılan ödənişlərin həcmi və sayı ödəniş infrastrukturunun istifadə səviyyəsini əks etdirir. Monetar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin sentyabr ayında bir POS-terminala düşən əməliyyatların orta aylıq sayı 795,2 olub.

Məlumata görə, bir POS-terminal üzrə əməliyyatların orta aylıq həcmi 10 min 118,3 manat təşkil edib. Ticarət və xidmət sahələrində fəaliyyət göstərən POS-terminallarda isə bir terminala düşən əməliyyatların orta aylıq sayı 777,0 olub.

Ticarət və xidmət obyektlərindəki POS-terminallar üzrə əməliyyatların orta aylıq həcmi 9 min 233,7 manat təşkil edib.

Statistikada bir terminala düşən əhali göstəricisi də əks olunub. 2026-cı ilin sentyabr ayında bir bankomata 2,9 min nəfər, bir POS-terminala isə 0,08 min nəfər düşüb. Ticarət və xidmət sahələrindəki POS-terminallar üzrə də bu göstərici 0,08 min nəfər olub.