Azərbaycanda 15–29 yaşlı məşğul qadınların sayı eyni yaş qrupundakı kişilərdən çoxdur. Monetar.az Dövlət Statistika Komitəsinin gender statistikası üzrə məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə işləyən gənc qadınların sayı 547,9 min, kişilərin sayı isə 537,6 min nəfər olub.
Beləliklə, məşğul gənc qadınların sayı kişilərdən 10,3 min nəfər çox təşkil edib. Lakin işsizlik göstəriciləri fərqli mənzərə yaradır. Gənc qadınlar arasında işsizlik səviyyəsi 9,1%, kişilər arasında isə 7,6% olub.
Xüsusilə 20–24 yaş qrupunda fərq nəzərə çarpır. Bu yaşda qadınlar arasında işsizlik səviyyəsi 14,1%, kişilər arasında isə 11,7% təşkil edib.
Ümumilikdə, 2025-ci ildə işsiz gənclərin 54,6 min nəfəri qadın, 44,4 min nəfəri kişi olub.