"KLM" Yaxın Şərqə bir sıra reysləri gələn ilin yazınadək dayandırır

"KLM" Yaxın Şərqə bir sıra reysləri gələn ilin

“Air France-KLM” aviasiya qrupuna daxil olan Niderlandın “KLM” aviaşirkəti 2026/2027-ci illərin qış mövsümü ərzində Yaxın Şərqin bir neçə istiqamətinə uçuşları dayandırmaq qərarına gəlib. Bazar ertəsi açıqlanan qərar Amsterdamdan həyata keçirilən bir sıra marşrutlara şamil olunur.

Aviaşirkətin bəyanatına əsasən, Amsterdam–Dubay marşrutu üzrə reyslər 2027-ci il martın 27-dək tamamilə dayandırılacaq.

Amsterdamdan Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə uçuşlar isə 2026-cı il noyabrın 27-dək ləğv edilib.

“KLM” bildirib ki, bu il ABŞ, İsrail və İran arasında müharibə başlayandan bəri aviaşirkət Yaxın Şərq istiqamətləri üzrə uçuş cədvəlinə bir neçə dəfə dəyişiklik etməli olub.

Aviaşirkət ləğv edilmiş reyslərin sərnişinlərinə müvafiq bildirişlərin göndəriləcəyini açıqlayıb.

MONETAR.AZ