TRIPP layihəsi bu gün Ermənistan parlamentində müzakirə olunacaq

TRIPP layihəsi bu gün Ermənistan parlamentində

Ermənistan və ABŞ arasında TRIPP layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasını nəzərdə tutan qanun layihəsi oktyabrın 27-də Ermənistan parlamentinin plenar iclasında müzakirəyə çıxarılacaq.

Monetar.az xəbər verir ki, oktyabrın 21-də Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında qanun layihəsi müzakirə olunub və səsvermədən sonra onun plenar iclasın gündəliyinə daxil edilməsi qərara alınıb.

Məlumata görə, sazişin ABŞ-də qüvvəyə minməsi üçün zəruri prosedurlar artıq başa çatıb. Ermənistanda da müvafiq prosedurlar tamamlandıqdan sonra beynəlxalq saziş qüvvəyə minəcək.