Sabunçu rayonunun Yeni Ramana küçəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik tərəfindən sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.