İşsizliyin ən yüksək olduğu ölkələr: Gürcüstan və Ermənistan ilk beşlikdə

İşsizliyin ən yüksək olduğu ölkələr:

2026-cı il üzrə proqnozlara görə, dünyada ən yüksək işsizlik səviyyəsi Sudanda 59,5%, Cənubi Afrikada isə 33,2% təşkil edir. Gürcüstan 13,9%-lə üçüncü, Ermənistan isə 12,8%-lə dördüncü yerdə qərarlaşıb.

 Monetar.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabrında açıqlanan “Dünya İqtisadi Görünüşü” hesabatına əsas 103 ölkədə işsizlik səviyyəsini müqayisə edilib.

 Reytinqdə Mərakeş və Bosniya və Herseqovina 12,2%-lə beşinci yeri bölüşür. Şimali Makedoniyada göstərici 11,5%, Ukrayna və Finlandiyada 10,2%, İspaniyada isə 9,8% səviyyəsində proqnozlaşdırılır.

 Avropanın digər ölkələri arasında da ciddi fərqlər var. Fransada işsizliyin 8,4%, İsveçdə 8,5%, Serbiyada 8,6% olacağı gözlənilir. Almaniyada bu göstərici 4%, Polşada isə 3,2% səviyyəsində qiymətləndirilir.

 Şimali Amerikada ABŞ üçün 4,2%, Kanada üçün 6,5% işsizlik səviyyəsi proqnozlaşdırılıb. Asiyanın iki böyük əmək bazarı olan Çin və Hindistanda isə göstəricilərin müvafiq olaraq 5,1% və 5% olacağı gözlənilir.

 Araşdırmada vurğulanır ki, aşağı ümumi işsizlik göstəricisi iş tapmağın asan olması demək deyil. Xüsusilə Çin və Hindistanda gənclər arasında iş yerləri uğrunda rəqabət yüksək olaraq qalır.

 BVF-nin proqnozlarına əsasən, dünya iqtisadiyyatının artım tempinin 2026-cı ildəki 3,1%-dən 2027-ci ildə 3,4%-ə yüksələcəyi gözlənilir.