İnzibati dövlət qulluğu vəzifələrinin A (AB, AC) və B (BA, BB) növləri üzrə 5 noyabr 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər sənədi Dövlət İmtahan Mərkəzinin "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı"elektron xidməti vasitəsilə əldə edə bilərlər.
İmtahan günü namizədlər şəxsiyyətlərini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər.
Qeyd olunan sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlərdəki məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda namizədin imtahana buraxılmasına icazə verilməyəcək.