Qızılın bir troya unsiyasının qiymətinin 2027-ci ildə 5 000 dollara yüksələcəyi proqnozlaşdırılır. Bu ssenarini dəstəkləyən əsas amillər arasında mərkəzi bankların qızıl alışlarını artırması, dövlət borclarının yüksəlməsi və qlobal valyuta ehtiyatlarının strukturunda dəyişikliklər göstərilir.
Monetar.az xəbər verir ki, “American Standard Gold” şirkəti qızılın qiymətinin 2027-ci ildə 5 000 dollara çatacağını proqnozlaşdırır.
Şirkətin qiymətləndirməsinə görə, mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətli metalın uzunmüddətli perspektivini gücləndirir. Dövlət borclarının genişlənməsi və ölkələrin beynəlxalq ehtiyatlarının strukturunda dəyişikliklər də qızıla tələbatı dəstəkləyə biləcək amillər sırasındadır.
Bununla belə, qızılın qiymətinin gələcək dinamikası faiz dərəcələrindən, ABŞ dollarının məzənnəsindən, investorların tələbindən və qlobal iqtisadi risklərdən asılı olacaq.