Bakıda “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan ümumi sahəsi 643,4 kvadratmetr təşkil edən üç qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq. Əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 608 min 500 manatdır.
Monetar.az xəbər verir ki, hərrac bu gün saat 10:00-da keçiriləcək.
Satışa çıxarılan əmlaklar Bakı şəhərinin Xətai rayonunda, Xudu Məmmədov küçəsində yerləşir. Onlardan 306 kvadratmetr sahəsi olan obyektin ilkin qiyməti 765 min manat, 177 kvadratmetrlik obyektin qiyməti 442 min 500 manat, 160,4 kvadratmetrlik obyektin qiyməti isə 401 min manat müəyyən edilib.
Əmlakların hər biri üzrə beh məbləği ilkin satış qiymətinin 0,5%-i həcmindədir. Belə ki, birinci obyekt üçün 3 825 manat, ikinci obyekt üçün 2 212,5 manat, üçüncü obyekt üçün isə 2 005 manat beh ödənilməlidir.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.