Azərbaycanda işsizlik reytinqində 49-cudur

Azərbaycanda işsizlik reytinqində

2026-cı il üzrə proqnozlara əsasən, Azərbaycanda işsizlik səviyyəsi 5,3% təşkil edəcək. Bu göstərici ilə ölkə 103 dövlətin yer aldığı dünya reytinqində 49-cu yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki,  Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabrında açıqlanan “Dünya İqtisadi Görünüşü” hesabatına əsaslanan araşdırmada ölkələr üzrə işsizlik göstəriciləri müqayisə olunub.

Müqayisəyə əsasən, Azərbaycanda proqnozlaşdırılan işsizlik səviyyəsi Braziliyadakı 6,2%-dən aşağı, Qazaxıstandakı 4,6%-dən isə yüksəkdir. Beləliklə, Azərbaycan bu iki ölkə arasında mövqelənib.

Dünya üzrə ən yüksək işsizlik səviyyəsinin Sudanda 59,5%, Cənubi Afrikada isə 33,2% olacağı gözlənilir. Gürcüstan 13,9%-lə üçüncü, Ermənistan isə 12,8%-lə dördüncü yerdədir.

Reytinqin digər hissəsində ABŞ üçün 4,2%, Almaniya üçün 4%, Polşa üçün isə 3,2% işsizlik səviyyəsi proqnozlaşdırılıb.