Könüllü sığortada ödənişlər 31 faiz artıb

Könüllü sığortada ödənişlər

Azərbaycanda könüllü sığorta növləri üzrə ödənişlər 2026-cı ilin yanvar-sentyabr aylarında 756,9 milyon manat təşkil edib.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına əsasən, ötən ilin eyni dövründə könüllü sığorta üzrə ödənişlər 578,5 milyon manat olub. Beləliklə, ödənişlər 178,5 milyon manat və ya 30,9% artıb.

Hesabat dövründə könüllü sığorta üzrə yığımlar 992,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 111 milyon manat və ya 12,6% çoxdur.

Nəticədə ödənişlərin yığımlara nisbəti 65,6%-dən 76,2%-ə yüksəlib.

Könüllü sığorta bazarında ödənişlər yığımlardan daha sürətlə artır. Bu fərq bazarın ayrı-ayrı sığorta növləri üzrə öhdəliklərin və müqavilə strukturunun daha ətraflı araşdırılmasını aktuallaşdırır.