Tibbi sığortada ödənişlər artdı, yığımlar azaldı

Tibbi sığortada ödənişlər artdı,

Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 2026-cı ilin yanvar-sentyabr aylarında 70,8 milyon manat təşkil edib.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, ötən ilin eyni dövründə tibbi sığorta üzrə ödənişlər 66 milyon manat olub. Beləliklə, ödənişlər 4,8 milyon manat və ya 7,3% artıb.

Sığorta haqları isə azalıb. 2025-ci ilin ilk 9 ayında 105 milyon manat təşkil edən tibbi sığorta yığımları bu ilin eyni dövründə 102,1 milyon manata enib. Azalma 2,9 milyon manat və ya 2,8% olub.

Nəticədə ödənişlərin yığımlara nisbəti 62,8%-dən 69,3%-ə yüksəlib.