Azərbaycanda avtomobil sığortası üzrə ödənişlər 27 faiz artıb

Azərbaycanda avtomobil sığortası üzrə

Azərbaycanda avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 2026-cı ilin yanvar-sentyabr aylarında 29,6 milyon manata çatıb.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, ötən ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 23,3 milyon manat olub. Beləliklə, ödənişlər 6,3 milyon manat və ya 27,3% artıb.

Hesabat dövründə sığorta haqları isə 54,2 milyon manat təşkil edib. Bu göstərici bir il əvvəlki 54 milyon manatla müqayisədə cəmi 0,4% artıb.

Nəticədə avtomobil sığortası üzrə ödənişlərin yığımlara nisbəti 43,1%-dən 54,6%-ə yüksəlib.