Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 9 ayında 515 min manat təşkil edib.
Monetar.az xəbər verir ki, ötən ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 4,7 milyon manat olub. Beləliklə, ödənişlər təxminən 4,2 milyon manat və ya 89% azalıb.
Sığorta haqları isə artıb. 2025-ci ilin yanvar-sentyabr aylarında 12,4 milyon manat təşkil edən yığımlar bu ilin eyni dövründə 12,7 milyon manata çatıb. Artım 2,7% olub.
Nəticədə ödənişlərin yığımlara nisbəti 37,9%-dən 4,0%-ə enib.