Avropada inflyasiya yüksəldi – Enerji qiymətləri bahalaşmanı sürətləndirir

Avropada inflyasiya yüksəldi – Enerji qiymətləri

2026-cı ilin sentyabrında Avrozonada illik inflyasiya 3,8%-ə yüksəlib. Avqustda bu göstərici 3,2%, ötən ilin sentyabrında isə 2,2% olub. Avropa İttifaqında da illik inflyasiya 3,8% təşkil edib.

 Monetar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

 Hesabata əsasən, sentyabrda inflyasiyanın ən aşağı səviyyəsi İsveçdə qeydə alınıb – 1%. Macarıstan və Danimarkada isə illik inflyasiya 2,1% olub.

 Ən yüksək göstəricilər Rumıniyada 6,5%, Litvada 6,1%, Bolqarıstanda isə 5,6% təşkil edib. İspaniyada inflyasiya 5%-ə, Yunanıstanda 5,1%-ə, Belçikada isə 4,5%-ə çatıb. Almaniyada illik inflyasiya 3,3%, Fransada 3,4%, İtaliyada isə 4,2% olub.

 Avqustla müqayisədə sentyabrda inflyasiya Avropa İttifaqına üzv ölkələrin 23-də yüksəlib, üçündə dəyişməyib, yalnız birində azalıb.

 Avrozonada inflyasiyanın artmasına ən çox enerji qiymətləri təsir edib. Enerji məhsulları illik inflyasiyaya 1,71 faiz bəndi, xidmətlər 1,52 faiz bəndi, qeyri-enerji sənaye malları 0,29 faiz bəndi, ərzaq, alkoqol və tütün məhsulları isə 0,25 faiz bəndi töhfə verib.

 Sentyabrda Avrozonada aylıq inflyasiya 0,6%, Avropa İttifaqında da 0,6% olub.