Süd və süd məhsullarının idxalı 5 ildə 37,8 faiz artıb

Süd və süd məhsullarının idxalı 5 ildə

Azərbaycanda süd və süd məhsullarının idxalı 2020-ci ildəki 461,3 min tondan 2025-ci ildə 635,5 min tona yüksəlib. Beş il ərzində artım 174,2 min ton və ya 37,8% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, süd istehsalı da artıb. 2020-ci ildə 2 milyon 192,5 min ton olan istehsal 2025-ci ildə 2 milyon 305,9 min tona çatıb. Artım 5,2% olub.

Süd və süd məhsulları üzrə əhalinin şəxsi istehlak fondu isə 2 milyon 569,5 min tondan 2 milyon 756,3 min tona yüksəlib.

Beləliklə, beş ildə idxalın artım tempi yerli istehsalın artımını xeyli üstələyib. 2025-ci ildə ümumi resurslar 3 milyon 9,2 min ton təşkil edib.