Dünya bazarlarında şəkər və qəhvə ucuzlaşıb

Dünya bazarlarında şəkər və

Dünya əmtəə bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətlərində eniş qeydə alınıb. Şəkərin qiyməti 5,63%, yulafın qiyməti 2,95%, qəhvənin qiyməti isə 2,59% azalıb. Enerji bazarında isə metanol bahalaşması ilə diqqət çəkib.

Monetar.az xəbər verir ki, “Trading Economics” platformasının məlumatına görə, kənd təsərrüfatı əmtəələri arasında ən çox ucuzlaşma şəkərdə qeydə alınıb. Kauçukun qiyməti isə əksinə, 1,1% artıb.

Metal bazarında platin 1,52%, dəmir filizi isə 0,52% ucuzlaşıb. Bunun əksinə, litium karbonatın qiyməti 1,34%, qızılın qiyməti isə 0,65% yüksəlib.

Enerji əmtəələri arasında ən çox bahalaşma metanolda qeydə alınıb. Onun qiyməti 6,2% artıb. Böyük Britaniyada təbii qazın qiyməti 2,92%, propanın qiyməti isə 2,35% yüksəlib.

Eyni zamanda, istilik yağının qiyməti 1,46%, xam neftin qiyməti 1,16%, təbii qazın qiyməti 0,95%, “Brent” markalı neftin qiyməti isə 0,51% azalıb.