Milli Məclisin bugünkü iclasında 12 məsələ, o cümlədən bank, əmək, miqrasiya və telekommunikasiya qanunvericiliyinə dəyişikliklər müzakirə ediləcək
Monetar.az xəbər verir ki, üçüncü oxunuşda Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna, “Texniki tənzimləmə haqqında” qanuna, eləcə də “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.
İkinci oxunuşda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliklər nəzərdən keçiriləcək. Həmçinin ətraf mühitin mühafizəsi və təsirin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə, eləcə də Əmək Məcəlləsinə dəyişiklik layihələri gündəlikdə yer alır.
Birinci oxunuşda isə Miqrasiya Məcəlləsinə, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə, “Telekommunikasiya haqqında” qanuna, həmçinin Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik layihələri müzakirə olunacaq.