Azərbaycanda suxarı, peçenye və uzun müddət saxlanılan qənnadı məhsullarının istehsalı 2020-ci ildəki 10,5 min tondan 2025-ci ildə 23,1 min tona yüksəlib. Artım 119% təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, bu məhsulların idxalı da artıb. 2020-ci ildə 17 412 ton olan idxal 2025-ci ildə 29 234 ton təşkil edib.
Əhalinin şəxsi istehlak fondu 24 301 tondan 45 314 tona yüksəlib. Bu, 86,5% artım deməkdir. İxrac isə 1 210 tondan 3 573 tona çatıb.
Beləliklə, bu məhsul qrupunda istehsal, idxal, istehlak fondu və ixracın hamısı artıb. Ən sürətli artım istehsalda qeydə alınıb.
