Çörək istehsalı azalsa da, idxalda artım var

Çörək istehsalı azalsa da,

Azərbaycanda təzə çörək istehsalı 2020-ci ildəki 1 milyon 294,6 min tondan 2025-ci ildə 1 milyon 196,9 min tona düşüb. Beş ildə azalma 97,7 min ton və ya 7,5% olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, çörək üzrə əhalinin şəxsi istehlak fondu da azalıb. 2020-ci ildə 1 milyon 280,6 min ton olan göstərici 2025-ci ildə 1 milyon 184,9 min ton təşkil edib.

İdxal isə cüzi artaraq 232 tondan 301 tona yüksəlib. Bu məhsul üzrə idxalın həcmi yerli istehsalla müqayisədə çox kiçikdir.

Beləliklə, çörək balansında həm istehsal, həm də şəxsi istehlak fondu üzrə təxminən eyni səviyyədə azalma qeydə alınıb.