Azərbaycanda qoz və fındıq istehsalı 2020-ci ildəki 62,1 min tondan 2025-ci ildə 84,3 min tona yüksəlib. Beş ildə artım 35,8% təşkil edib.
Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, qoz-fındıq idxalı 4,9 min tondan 11,6 min tona çatıb. Bu, təxminən 2,4 dəfə artım deməkdir.
Məhsulların ixracı 2020-ci ildə 21 min 987 ton, 2025-ci ildə isə 29 min 545 ton olub. Əhalinin şəxsi istehlak fondu da 29 min 765 tondan 56 min 931 tona yüksəlib.
Beləliklə, qoz-fındıq üzrə istehsal, idxal, ixrac və şəxsi istehlak fondu artıb.
MONETAR.AZ