Azərbaycanda adambaşına makaron istehlakı 3,4 kiloqrama yüksəlib

Azərbaycanda adambaşına makaron istehlakı

Azərbaycanda adambaşına düşən illik makaron məhsulları istehlakı 2020-ci ildə 2,2 kiloqram olduğu halda, 2025-ci ildə 3,4 kiloqrama çatıb. Altı il ərzində artım 1,2 kiloqram və ya təxminən 54,5% olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” hesabatına əsasən, makaron istehlakı 2021-ci ildə 2,8 kiloqram, 2022-ci ildə 3,5 kiloqram təşkil edib.

2023-cü ildə göstərici 3,3 kiloqrama düşüb və 2024-cü ildə də eyni səviyyədə qalıb. 2025-ci ildə isə adambaşına istehlak 3,4 kiloqrama yüksəlib.

Beləliklə, 2025-ci ilin göstəricisi 2020-ci illə müqayisədə yüksək olsa da, son illərdə makaron istehlakı sabit səviyyəyə yaxın dəyişib.