Tərəvəzin ixracı artsa da, ehtiyatları azalıb

Tərəvəzin ixracı artsa da,

2025-ci ilin sonunda Azərbaycanda tərəvəz ehtiyatları 292 min 423 ton təşkil edib. Bu, əvvəlki ilin sonundakı göstəricidən 30 min 716 ton və ya 9,5% azdır.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sonunda tərəvəz ehtiyatları 323 min 139 ton olub.

2025-ci ildə tərəvəzlərin ümumi resursları da azalıb. Göstərici 2 milyon 237 min 732 tondan 2 milyon 187 min 492 tona düşüb. Azalma 50 min 240 ton və ya 2,2% təşkil edib.

Bununla yanaşı, tərəvəz ixracı artıb. 2025-ci ildə ölkədən 214 min 261 ton tərəvəz ixrac edilib. Bu, 2024-cü ilin göstəricisindən 32 min 501 ton və ya 17,9% çoxdur.

Əhalinin şəxsi istehlak fondu isə 1 milyon 428 min 845 tondan 1 milyon 398 min 451 tona enib. Azalma 2,1% olub.