Azərbaycanın kərə yağı ehtiyacının 38 faizi idxaldan asılıdır

Azərbaycanın kərə yağı ehtiyacının

Azərbaycanda kərə yağı ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 62%-ə düşüb. Bu, əvvəlki illə müqayisədə 7,8 faiz bəndi azalma deməkdir.

Monetar.az xəbər verir ki, statistik göstəricilərə əsasən, 2020-ci ildə ölkənin kərə yağı ilə özünütəminetmə səviyyəsi 62,7% təşkil edib. 2021-ci ildə bu göstərici 66,7%-ə yüksəlib, 2022-ci ildə isə 62%-ə düşüb.

2023-cü ildə 64,7%-ə yüksələn göstərici 2024-cü ildə 69,8%-ə çatıb. Lakin 2025-ci ildə yenidən azalaraq 62%-ə enib.

Beləliklə, 2025-ci ildə ölkənin kərə yağı ilə özünütəminetmə səviyyəsi 2020-ci illə müqayisədə 0,7 faiz bəndi aşağı olub.